Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.


Evrensel Müzikte Tek Lider
 
AnasayfaAnasayfa  Son EklenenSon Eklenen  GaleriGaleri  Latest imagesLatest images  AramaArama  Kayıt OlKayıt Ol  Giriş yapGiriş yap  

 

 Azərbaycan,Azərbaycan

Aşağa gitmek 
YazarMesaj
AYISIGI

AYISIGI


Mesaj Sayısı : 247
Points : 746
Kayıt tarihi : 10/05/10

Azərbaycan,Azərbaycan Empty
MesajKonu: Azərbaycan,Azərbaycan   Azərbaycan,Azərbaycan EmptyC.tesi Mayıs 15, 2010 9:09 pm

Çox geçmişəm bu dağlardan
Durna gözlü bulaqlardan
Eşitmişəm uzaqlardan
Sakit axan arazları
Sınamışam dostu yarı



El bilir ki,sən bənimsən
Yurdum yuvam,məskənim sən
Demək doğma vətənimsən
Ayrılarmı könül candan
Azərbaycan,azərbaycan




Mən bir uşaq,sən bir ana
Odur ki bağlıyam sana
Hançı səmtə,hançı yana
Hey uçsamda yuvam sənsən
Elim,günüm,obam sənsən




Fəqət səndən gen düşəndə
Ayrılıq məndən düşəndə
Saçlarıma dən düşəndə
Boğaz aylar,illər bəni
Qınamasın ellər bəni




Dağlarının başı qardır
Ağ ürpəgin buludlardır
Böyük bir keçmişin vardır
Bilinməyir yaşın sənin
Nələr çəkmiş başın sənin




Düşdün oğursuz dillərə
Nəhs aylara,nəhs illərə
Nəslilərdən nəslilərə
Keçən bir şöhrətin vardır
Oğlun qızın bəxtiyardır




Hey baxıram bu düzlərə
Ala gözlü gündüzlərə
Qara xallı ağ üzlərə
Könül istər şeir yaza
Gəncləşirəm yaza yaza




Bir tərəfin bəhri xəzər
Yaşıl baş sonalar gəzər
Xəyalım dolanar,gəzər
Gah Muğan,gah İldarı
Mənzil uzaq,ömrüm yarı




Sıra dağlar gen dərələr
Ürək açan mənzərələr
Ceyran qaçar,cüyürmələr
Nə çoxdur oylağın sənin
Aranın,yaylağın sənin




Geç bu dağdan bu arandan
Astaradan lənkərandan
Afriqadan hindustandan
Qonaq gəlir bizə quşlar
Zülm əlindın qurtulmuşlar




Bu yerlərdə limun sarı
əgir,salır budaqları
dağlarıntın düm ağları
yaranmışdır qarlı qışdan
bir səngərdir yaranışdan




lənkəranın güli rəng rəng
yurdumuzun qızları tək
dəmlə çayı,tök ver görək
anamın dilbər gəlini
yadlara açma əlini




sarı sünbül bizim çörək
pambığımız çiçək çiçək
hər üzümdən bir şirə çək
səhər səhər ac qarına
quvvət olsun qollarına




min qazaxda köhlən ata
yalmanına yata yata
at qan tərə bata bata
göy yaylaqlar belinə qalx
kəpəz dağdan göy gülə bax




ey azad gün,azad insan
doyunca iç bu bahardan
bizim xalli xalçalardan
sərir çinar kölgəsinə
alqış günəş ölkəsində




köklüm geçir qara bağdan
gah bu dağdan gah o dağdan
axşam üstü qoy uzaqdan
havalansın xanın səsi
qarabağın şikəstəsi




gözəl vətən mə-nan dərin
beşigisən gözəllərin
aşıq deyər,sərin – sərin
sən günəşin qucağısan
şeir,sənət ocağısan




ölməz könül ölməz esər
Nizamilər,Füzulilər
əlin qələm,sinən dəftər
de gəlsin hər nəyin vardır
deyilən söz yadıqardır




bir dön bizim bakiyə bax
sahilləri çirax çirax
buruqların hayqırarax
nə-rə çalır buz çöllərə
ışıqlanır hər dağ dərə




nazladıqca sərin külək
saxillərə sinə gərək
bizim baki,bizim ürək
ışıqdadir quvvət sözi
səhərlərin ölkər gözi




gözəl vətən o gün ki sən
al bayraqlı bir səhərdən
ilham aldın yarandım mən
gülür torpaq,gülür insan
qoca şərqin qapusısan




nəğmələrim sərin sərin
aşiqiyəm bu günlərin
atamız şanlı rəhbərin
gəncligi söylənir burda
hayat vermiş bizim yurda




dinlə məni gözəl vətən
bir söz gəlir ürəgimdən
xəlqimizin eşqilə sən
güləcəksən hər bir zaman
Azərbaycan,Azərbaycan

SƏMƏD VURĞUN alinti
Sayfa başına dön Aşağa gitmek
 
Azərbaycan,Azərbaycan
Sayfa başına dön 
1 sayfadaki 1 sayfası

Bu forumun müsaadesi var:Bu forumdaki mesajlara cevap veremezsiniz
 :: Azeri Siirler-
Buraya geçin: